Dostlara!

Salam söyləyirəm,sevgi bağından,
Bir şair qəlbindən,dil-dodagindan,
Əsən yay mehindən,axşam çağından,
Mənə candan yanan əziz dostlara!
*
Kimi gül göndərir,kimi ürəyin,
Kimisi bildirir arzu-diləyin,
Arxa bilib soykəyibdir kürəyin,
Bir baciyam qəlbi təmiz dostlara!
*
Ar olsun o kəsə min sifəti var,
Olacaq ağ günü bilsin tarimar,
Yediyi-icdiyi ağı-zəhirmar,
Çıxsın qoy qəhədə o biz dostlara!
*
Şükür zirvələrdə,ürəklərdəyəm,
Arzuda-amalda,diləklərdəyəm,
Təşnə qəlbə əsən kuləklərdəyəm,
Könlüm bağlı vallahi siz dostlara!
*
Solmazam,tanıdım əyrini-düzü,
Sizə qurban olsun namərdin yüžü,
Eşitsin nadanlar dediyim sözü,
Qəlbimdə yer yoxdur”Yersiz Dostlara”!

Yazdım bu şerimi Əziz dostlara!

Solmaz Şirvanlı /03-08-2017
www.kafiye.net