Səni Gördüm

Səni gördüm bu gün sabah
İnanmadım gözlərimə.
Nə qədər çox dəyişmisən.
Ayaqlarım yerimədi
Sənə gəlim 
Əllərimlə toxunum mən
Həqiqətənmi sənmisən.

Səni gördüm bu gün sabah
İnanmadım gözlərimə.
Səni görcək 
Adın da gəldi dilimə
Dodaqlarım pıçıldadı
Həsrət-həsrət o adını
Qorxdum birdən anlayarsan
Pıçıltıyla söylədiyim 
Adını sən də duyarsan.

Səni gördüm bu gün sabah
İnanmadım gözlərimə
Dedim yəqin gözlərimdə
Qənim kəsilibdir mənə.
Saçlarında gördüm bəyaz dənlərini.
Hey can atdım yaxın gələm
Gözlərinə nəzər salam.
Yerimədi ayaqlarım addım atam.
O gözlərdə itmiş olan 
O izləri gəzəm tapam.

Səni gördüm bu gün sabah.
Heç bilmirəm
Hansı rüzgar atdı məni
O küçəyə bu gün sabah.
Səni gördüm səni yenə
BU GÜN SABAH.

Nahidə Tağıyeva / 05.08.2017
www.kafiye.net