İp Keçirip

İp keçirib boğazına
Sürüklənir sağa-sola
Kim yanacaq bu halına?
Ağlayacaq əhvalına.

Hər kim gəlsə üz çevirir,
Bu millətin bəxti yoxdur.
Yamanca kəm- kəsiri var.
Torpaq üstə yeri yoxdur.

Yaranadan əzab çəkib.
Çox əziblər çox əzəldən.
Elə bil ki yaradanın
Özü də salıb nəzərdən.

Qiymət qalxıb at belinə
Əllər girmir daha cibə
Ət də dəymir daha dişə.
Hardan düşdük bu gedişə.

İtirib çoxu yerişin.
Artıq indi iməkləyir.
Ayaqüstə durmayanlar.
Özünə ölüm istəyir.

Günəşlə bir doğur dərd də.
Nə məlhəmi, loğmanı yox.
Dərdə dönüb arzu qəlb də.
Yaşamağa gümanı yox.

Nahidə  Tgıyeva 15.07.2017
www.kafiye.net