HÖRÜMÇƏK VƏ MİLÇƏK

Uçaraq hər tərəfə
Milçək şadlıq edirdi.
Qorxu-ürkü bilmədən
Sağa-sola gedirdi.

Bu zaman hörümçəyin
Qanı yaman qaraldı.
Milçəyi belə görüb,
Hövsələsi daraldı.

Dedi:-Nə işin vardır
Mənim bölgəmdə sənin?
Belə dəcəllik etmə,
Qurtarmaz məndən canın.

Onun bu sözlərinə
Milçək məhəl qoymadı.
Yekəbaşlıq eləyib
Hörümçəyi saymadı.

Hörümçək də hirslənib
Onu toruna saldı.
Zərrəcə acımadan
Milçəyin canın aldı.

Nazlı Hacılı.
20.05.2017.
www.kafiye.net