Xatirələr yada salar

 

Bir gün darıxarsan.
Məndən qalan xatirələr,
Onda sənə kömək olar.
Xatırladar yağış sənə
Məni hərdən.
Buludların göz yaşında 
Axtararsan məni bəzən.
Külək sənə məndən deyər
Pıçıltımı sənə verər.
Hərdən danışan yarpaqlr
Məndən sənə nəsə deyər.
Hərdən elə darıxarsan.
Eşitmək üçün səsimi.
Telefona əl atarsan.
Zəng etməmək üçün yenə
Hisslərini cilovlarsan.
Çarpaz edib əllərini
baş altında gizlədərsən
Vicdanın əzər qəlbini.
Amma bir zəngi etməzssən.
Hərdən elə darıxarsan.
bir kəlməmə həsrət kimi.
Özünə bir yer seçərsən
Pəncərənin tam önünü.
Dayanarsan sübhə kimi.
Xəyallara sən dalarsan
Pəncərəndən ötənlərin 
Üzünə nəzər salarsan.
Axtararsan ötənlərdə
Keçənlərdə sənə yaxın
doğma olan birini sən
Anlayarsan
Darıxmısan yamanca sən.

Nahidə  Tağıyeva  / 21.04.2107
www.kafiye.net