DURMA YOLUM ÜSTƏ

Durma daha yolum üstə
Danışma sevgi dastanı.
Qəlbimdə yuxuya gedən
Oyatma sevgi vulkanın.

 

Necə yatıb elə yatsın.
Durma belə yolum üstə
Oyansa bizi yandırar
Külümüz qalar od üstə.

 

Kimə lazım, kimə axı.
Yatmış sevgini oyatmaq
Qaysaq olan yaraların
Qaysağın birdə qoparmaq.

Görürsən qəmə batmışam,
Yeni kədər istəmirəm. 
Durma yolumun üstündə
Dönmənəi mən gözləmirəm.

 

Zaman mənə dərs keçibir,
İmtahandan beş almışam.
Artıq sənin yoxluğuna
Neçə ildir alışmışam.

 

Durma daha yolum üstə.
Danışma sevgi dastanı.
İllər öncə dinləmişdim.
Səndən belə bir yalanı.

Nahidə  Tağıyeva  /20.04.2017
www.kafiye.net