TÜLKÜNÜN MÖMİNLİYİ.

(Təmsil)

İmana gəldiyini,
Tülkü reklam elədi.
Bütün dostdan,tanışdan,
Özünə əfv dilədi.
*
Əzilib-büzülərək,
Dedi :-Namaz qılıram.
Artıq hər addımımda,
Böyük savab alıram.
*
Daha camaat ona,
Mömin kimi baxırdı.
Ama o namaz qılıb,
Həmdə ki ev yıxırdı.
*
İnsanlar bilmirdi ki,,
Onun hiyləsi çoxdur.
Keçmişiylə indinin ,
Zərrəcə fərqi yoxdur.
*
Tək bir Allah bilirdi,
Bu yalan nə biçimdir.
Tülkü qıldığı namaz,
Yalnız reklam üçündür.

Nazlı Hacılı.
25.05.2017.
www.kafiye.net