GƏL MƏNİM DÜNYAMA

Sən gecə ,mən sənin köksündə hilal….
Bu zülmət gecəyə nur çiləyim ,gəl.
Ulduzlar səpilsin qoy naxış-naxış,
Sübhədək köksündə gecələyim gəl.

 

Gəl səni dünyama qonaq aparım.
Dil susar, duyğular danışar burda.
Öz rəngi , öz dili var duyğuların,
Hisslər minbir rəngdə , minbir çalarda.

 

Başqa bir aləmdə yaşayıram mən
Səni də incidir fikirli halım.
Dünyanı çiynimdə daşıyıram mən,
Dağılır diqqətim, uçur xəyalım.

 

Gəl mənim dünyama biraz da yaxın.
Gör ki bir bütovük biz kainatla.
Özün bir zərrəsən , zərrəyə sığın.
Quş uça bilərmi yalqız qanadla?

 

Sən gecə , mən sənin köksündə hilal.
Bu zülmət gecəyə nur çiləyim, gəl
Ulduzlar səpilsin qoy naxış-naxış
Sübhədək köksündə gecələyim, gəl

 

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net