Tanrıya yaxın olan yer

 

Tut əlimdən ,qaldır məni.
Göz yaşımı topla bir-bir.
Gözlərimdən çək pərdəni,
Tanrıya yaxın olan yer.

Yer oynayır məhvərindən,
Göylər ah çəkir dərindən.
Qoy yapışım kəmərindən,
Tanrıya yaxın olan yer.

Qoyma azaq dumanında,
Qıyma itək gümanında.
Saxla bizi amanında,
Tanrıya yaxın olan yer.

Çatdır Tanrıya naməmi,
Xilqətin axtarır səni.
De ümmətin dərdlərini,
Tanrıya yaxın olan yer.

Ünün yetər ,səsin çatar
Şikayətlər qatar-qatar.
Ərzimizi ona apar,
Tanrıya yaxın olan yer.

Nurlu məkanın hardadır?
Dənizdə ,yoxsa dağdadır?
Vicdan adlı sınaqdadır
Tanrıya yaxın olan yer.

Öz içimdəki ruhdadır
Tanrıya yaxın olan yer.

Tamara Rustamova Tənha Bulud/ 05.05.2017.
www.kafiye.net