XƏBƏRSİZ,,

Saçlarımda əllərinin sığalı,
Gözlərimdə gözlərinin izi var.
Sən üzülmə məndən küsüb gedənim,
Burda səni hələ sevən biri var.

Çox keçəcək hələ illər bax belə.
Yaşlanacıq özümüzdə xəbərsiz,
Axtaracaq gözlərimiz hər yerdə
Məni səndən,səni məndən xəbərsiz.

Gizlin-gizlin yaş dolacaq gözlərə.
Qəhər gəlib töküləcək sözlərə,
Bu ayrılıq hardan gəldi bizlərə.
Mənə səndən,sənə məndən xəbərsiz.

Nahidə  Tağıyeva  / 24.05 2017
www.kafiye.net