Axtarır!

Martda yaşıllığa bürünən həyət,
İndi otu çalan dəryaz axtarır!
Bozarir,saralır otların rəngi,
Könül də dillənən bir saz axtarır!
*
İndidən yasilin rəngi saralır,
İstidən boğulub necə qaralır,
Həsrətli könüllər qəmdən daralır,
Urək də sərinlik,bir naz axtarir!
*
Bülbül avazindan coşur bu ürək,
Həyətdə ot bicir, nəğmə deyərək,
Yorulma ey könül,yorulma bilək,
Solmaz nəğmə qoşur,avaz axtarır!

25-05-2017
Solmaz Şirvanlı
www.kafiye.net