Yenə də!

Yenə də buludlar caxnasir göydə,
Günəş də tələsir,hava pisləşir,
Dağların başında birləşib göydə,
Göydə şimşək çaxır,salıb hay-həşir!
*
Yolur ağacları yenə küləklər,
Haqdan təmənnada arzu-diləklər,
Enəcək göylərdən yerə mələklər,
Sınıq qəlbim onlar ilə birləşir!
*
Quşların səsindən tutulur qulaq,
Deyirlər ki,bu gün dolu yağacaq,
Solmaz öz Röyasın xeyrə yozacaq,
Bülbül cəh-cəh vurur,bagda səsləşir!

25-05-2017
Solmaz Şirvanlı
www.kafiye.net