Üzü aydan da ,gözəl

Üzü aydan da ,gözəl,
Qaşları ayparə gözəl.
Hüsnünə aşiq olur
Bir baxışla səni görən.
Qara zülfün tökülüb
gərdanına canlar alır.
Ağ zənəxdandakı xal
Hər görənin ağlın alır.
Minaya bənzər boyun
İncə belin yaraşıqdır.
Ağ zərif barmaqların
elə bilki bəyaq qardır.
Tanrının xoş vaxtında
Yaranmısan deyən gözəl.
Hər səni görən aşiq
Vurulmasın necə gözəl.?
Geymisən vücuduna,
Zərif atlas ,tül arxalıq.
Nur saçır, al yanağın,
Elə bilki bir şam yanır.
Gözlərin badamıdır,
İncə ləbin püstə kimi
görsənirsən sən gözəl
Göydən enən mələk kimi.

Nahidə Tağıyeva 25.05.2017
www.kafiye.net