DEYİŞMƏ,,

Nə olub danış görüm 
küskün baxışların
Tərs baxır mənə.
Nə demişəm bilmirəm
O dəyibdir xətrinə.
Tutulub qaş-qabağın
Yenə bulud kimisən.
Dindirsəm şimşək çaxar
Dolmuş bulud kimisən

Taleh Elseven

Nahidә,toxunma әgәr dolubsa,
Qorxuram ,o,bulud doluya dönәr.
Demirsәn buludu sәn doldumusan
Dolunun biri dә qәlbinә dәyәr.

Nahide Tagiyeva Qurbanova

Qorxuram onsuzda mən toxunmağa.
Toxunsam bəlkə də çiskin çən eylər.
Bürüyər qüssəyə kədərə məni.
Bu sabah məni də gözü nəm eylər.

Taleh Elseven

Gözәlin gözündә sevinc göz yaşın
İnanki,görәn dә mәn sevinirәm.
Sanıram yanaq da açıb güi -çiçәk,
Allahın payıtәk onu bilirәm.

Nahide Tagiyeva Qurbanova

Qəm qüssəni özümə dost seçmişəm.
Gecələri dərd ortağı bilmişəm.
Taleh müəllim neyləyim mən axı,
Kədərdən özümə libas biçmişəm.
Taleh Elseven

Qoymursan ,oturum mәni yerim dә,
Özüm yuxuluyam ,tәbim oyaqdı,
Bilirәm,çox gözәl tәbin sәnindә,
Xәbәrsiz deyiwmәk,deyir günahdı.

Nahide Tagiyeva Qurbanova

Nə deyirəm Şair sən deyən olsun.
Şair yuxunu yat çox şirin olsun,
Amma unutma ki bir gün deyişmək,
Bu mənim istəyim sənə borc olsun.

Taleh Elseven

Ay mәnim ağıllı şairә balam,
Könlümә köz qoyur gözdәn yazanlar.
O balaca yazın oynatdı mәni,
Orda mәn gördüyüm böyük fikir var.

Nahide Tagiyeva Qurbanova

Nə deyim Şairim nə deyim axı?
Qələmim xoş gündən yaza bilməyir,
Kökləmək istəsəm sazı çalmağa,
Mizrab sarı simə heç tuş gəlməyir.

Taleh Elseven

Bәxtindә nә varsa pәnah Allaha,
Bundan belәsi dә onun әlindә,
Sevgi havasına könül sazını,
Köhlәnәn görmәkdi ,arzum mәnim dә.

Nahide Tagiyeva Qurbanova

Sevə-sevə xəlq eləyib yaradan,
Könül sındıranım olubdur nadan,
Mən nə istəyim ki daha Allah dan,
Çalmır könül sazım kökdən düşübdür.
Köklənməz mizrabı itgin düşübdür.

Taleh Elseven

Biraz gecikmişәm Nahidә xanım,
Bәlkә xәbәrin yox,bilәn söylәsin.
Könlümә tәb gәlib sәni gözlәyir,
Sәbirim çatmirsa,sәbir neylәsin.

Nahide Tagiyeva Qurbanova

Şair təb almısan bircə sözümdən,
Düz yenə misranı ardı-ardına.
Mən də çalışaram yazım tələsik,
Gəlib yetişərəm sənin dadına.

Taleh Elseven

Deyişmә başlansın birinci bәnddәn,
Nahidә başlasın ,yol xanımındı.
Әminәm gözәllik eşidәcәm mәn,
Söz hәmi Allahın,hәm canımındı.

Nahide Tagiyeva Qurbanova

Nə deyirəm söz eşidib, söz deyək.
Allah bizi üzü qara etməsin.
Kənardan baxanlar sonradan bizə,
Gülərək arada rişxənd etməsin.

Taleh Elseven

Kömәyә düracaq allah verәnım,
Söz üzün ağardar sözü bilәnin.
Kәnardan heç şeyә narahat olma,
Anası ağlayar,bizә gülәnin.

Nahide Tagiyeva Qurbanova

Allahın sevimli bəndəsiyəm mən,
Allah pay veribdir mənə sözləri,
Bilirəm çoxunun xoşuna gəlmir,
Məni götürməyir görən gözləri.

Taleh Elseven

Burax həyacanı,sazı götürsәn,
Bil ki,saz sәsinә,söz dә tez gәlir.
Dәdәdәn ,babadan,deyişmә ordan,
Gör neçә әsrdi,şair,yol gәlir.

Nahide Tagiyeva Qurbanova

Deyirəm sözümüz tən olsun gərək,
Dağ başı dumanlı çən olsun gərək,
Ay şair bu məclis elə məclis ki,
Gərəkdir oxuyan xoş olsun gərək.

Nahidə Tağıyeva

Sazı alan gərək kərəmi çala,
Dağalara daşlara harayı sala,
Neyləyim ay Şair saz məlik deyil,
Söz deyim bəlkə o yaddaşda qala.

Taleh Elseven

Telindәn bir dәstә saza oxşatsan,
Mizrab barmağınla ,sazı çalarsan,
Mәni mәst eylәyәr,saz-sözün sәsi,
Sәn dә qәlәbәnı mәndәn alarsan.

Nahide Tagiyeva Qurbanova

Arada bir aram -aram yazaram.
Dərdi qəmi mən üstümdən ataram.
İnanıram Şair bu dəfə sizdən,
Qələbəni mən özüm də alaram.

Taleh Elseven

Mәn dә sevinәrәm, vallah ürәkdәn,
Nahidә ,qaşımı çatmaram inan.
Tәbin ,tәb gәtirsin güldәn-çiçәkdәn.
Uduzub ,kölgәdә ,yatmaram inan.

Nahide Tagiyeva Qurbanova
www.kafiye.net