QURBAN OLUM

Nə cənnəti tanıyan ,nə cəhənnnəmi bilən,
Etdiyi yaxşılıqdan qəlbi sevinib gülən,
Ağzının tikəsini yetimlərə yedirən
“Dinsizin-imansızın” dininə qurban olum.

Alış -veriş edirik muzdur ibadətindən,
Dilənirik Allahın geniş səxavətindən,
Xəsislikdən əl çəkib , Onun bərəkətindən
Məzluma əl tutanın dininə qurban olum.

Ruhun ehtiyacıdır nəvaziş, mehribanlıq,
Bəşəriyyət məhv olar, zəfər çalsa yamanlıq.
Sevginin işığında yox olacaq qaranlıq,
Vəhdətin ,qardaşlığın dininə qurban olum.

Tənha Bulud, sən də bir qəlbini gözdən keçir,
Mərhəməti ,qayğnı ,sevgini gözdən keçir,
Deyirsən müsəlmanam ,dinini gözdən keçir,
Qalıbsa insanlığın , dininə qurban olum.

Tənha Bulud Tamara Rustamova / 18.05.2017
www.kafiye.net