Bele Etme

Belə etmə ömrü hədər
Çünki hələ çox cavansan.
Həyatın çox qabaqdadır.
Axı hələ çox cavansan.

Elə yaşa elə ömrü
Sonra peşman olmayasan.
Keçmişinə baxanda sən
Heç kimdən utanmayasan.

Düşünməki hələ gəncsən.
Hələ ömrün qabaqdadır.
Bu gün etdiyin günahı
Kimsə axı yazmaqdadır.

Atdıqca səhv addımları.
Düşünmə sən düzəldərsən.
Sabah bəlkə çox gec olar.
Bəlkə bu gün düşünəsən.

Ömür bizə pay verilir.
Onu heç kim ala bilməz.
Etdiyin çox günahları
Kimsə səndə sora bilməz.

Yaşadığın bu günlərin
Sən unutma sabahı var.
Yaradan uca Allahın.
Bizimlə haqq -hesabı var.

Haqq dünyada verməliyik.
Bu dünyanın hesabını.
Kim kəsəcək heç bilmirik
Bu dünyanın cəzasını.

Onun üçün vermə bada.
Səndə yaşa şən ömrünü.
Vallah dünya beş günlükdür.
Xoşbəxt yaşa öz ömrünü.

Nahidə Tağıyeva
www.kafiye.net