Malın Mülkün

Malın-mülkün yoxluğunu 
özlərinə dərd edənlər
Bu yük ağr yükdür deyib 
canlarına qəsd edənlər.
Əyilməyin kimsələrin önündə siz
Əyilməyin bel bükərək 
diz çökərək törpağa siz.
Əyilməyin düz dayanın
Dünya malı dünya üçün
Siz anlayın.
Dərd etməyin kasıblığı özünüzə
dərd etməyin
Bizə qalan insanlıqdır adamlıqdır.
İnsanlığı unutmayın
Harda kasıb birin görsəz
kasıb deyib qınamayın.
Bəlkə səndən məndən
bəlkə elə hamımızdan 
ucadır o 
Tanımırıq axı kimdir
necədir o nəçidir o.
Bəlkə əyyib qəddini o 
pul qazanır daş daşıyır.
Kimsələrə baş əymir o
O da yemir kimlər kimi
bir qadının çörəyini
əli gəlmir yeyə onun zəhmətini.
Qınamayın sizdə onu.
.Malın -mülkün yoxluğunu
özlərinə dərd edənlər
Kasıblığı dərd etməyin
Malım yoxdur pulum yoxdur
deyib bunu çiyinlərə yük etməyin

Nahidə Tağiyeva
www.kafiye.net