Olar!

Sənsiz dövrü bərim qüssə-qəm,kədər,
Gözüm leysan tokər,dilim nalələr,
Axar yanagimla duzlu jalələr,
Buludlar toqquşar,qar-yagış olar!
*
Sənli zülmət gecə gündüzüm olar,
Sənə söyləməyə çox sözüm olar,
Sənsiz yaşamağa de,dözüm olar?,
Sənsiz yaz-baharim qarlı qış olar!
*
Sənsiz qalsam gözüm qan ağlayar,qan,
Ürəyim sızıldar,eylərəm əfqan,
Sənsiz heçə dönnəm,əldən gedər can,
Azaram yolumu,gözüm çaş olar!
*
Təbim bu gün coşub,sabah korşalar,
İtirsəm yarımı qəlbim daş olar,
Yığılar könlümə dünyanın qəmi,
Qəlbim qan ağlayar,gözüm yaş olar!
*
Sənsiz dönər həyat,qara-borana,
Rəbbim dayaq durar arxa durana,
And verrəm Allaha,bir də Qurana,
Ömrümüz birlikdə bir naxış olar!
*
Haqqa bağlanmışam,Haqqa sarıyam,
Haqqın düz bəndəsi,el vüqarıyam,
Solmazam sözümün düz ilqarıyam,
İçsək eşq badəsin,cana nuş olar!

16-04-2017
Müəllif. Solmaz Şirvanlı
www.kafiye.net