Öyreşmişem

Öyrəşmişəm əzablara,
Ver ağrını özüm çəkim!
Qoyma səndən ayrı qalım,
Yoxdu daha dözüm çəkim!
*
Getmisən tez qayıt gəl ki,
Sevgimizi qoşa bölki,
Şirin danış, şirin gül ki,
Qoyma səndən gözüm çəkim!
*
Al əlimi əllərinə,
Çək şıgalı tellərimə,
Zarafatı dillərinin
Qoy nazını özüm çəkim!
*
Gəl ki,şair xəyalının,
Göydə gəzən vüsalimin,
Solmaz,solan camalımın,
Sən şerin yaz,sözüm çəkim!

19-04-2017
Solmaz Şirvanlı
www.kafiye.net