Atışma

Solmaz Şirvanlı:
Gəl yuxuma sevgilim
Əllərim əllərində, 
Gəl yuxuma sevgilim
Nəğmələr dillərində!

Sevindik Heziyev:
Röyana gəldim sevgilim
Əlim əlinə çatmadı.
Nəğmə demək istədim
Səsim də batdı, çıxmadı!

Solmaz:
Gəl yuxuma gūlərūz,
Ūrəyinin sözūylə,
Gəl yarı qoyma sənsiz,
Barmağın tellərimdə!

Sevindik:
Gəldim röyana gūl ilə,
Gūlə- gūlə, sevgi ilə, 
Ūrək dolu söZ ilə,
Əlim telinə çatmadı.

Solmaz:
Gəl yuxuma əzizim,
Gəl ki, sevinsim gözūm,
Gəl röyama yox dözūm,
Çiçəklər əllərində!

Sevindik:
Mənimdə gūlmədi ūzūm,
Məndə də qalmadı dözūm,
Yar səni axtardı gözūm,
Gözūm gözūnū tapmadı

Solmaz:
Gəl gūlūm röyalara,
Dəyişməm dūnyalara,
Bir dūşək sevdala!
Gūl açsın gūllərimdə!

Sevindik
Gūlūm yuxuna gələrəm,
Dūnyalar qədər sevərəm,
Sənsiz səhranı gəzərəm,
Sensiz gūllər qoxumadı!

Solmaz
Gəl yuxuma sən dindir,
Bu Solmazı sevindir
Sevən könlūm senindir,
Atəşim kūllərim də!

Sevindik:
Əsgəroğlu çox qəmgindir,
Gəlim səndə məni dindir,
Sənsiz könlūm divanədir,
Atəşəm, kūlūm qalmadı!

Solmaz Şirvanlı
www.kafiye.net