Al Yanaqlı

Al yanaqlı nazik bədən ay gözəl.
Nə durmusan samovara bir od sal.
Al əlinə yağ pendiri qaymağı,
Dədə-baba qaydasıyla süfrə sal.

Bardaş qurub otursunlar qonaqlar.
Naz-nemətdən bala-bala dadsınlar.
Arada bir gözəl sənin şəninə,
Qəlbə yaxın bir şeirdə qoşsunlar.

Həzin-həzin samovarın oxusun.
Pürrəngi çay buxarlansın qabaqda.
Gözlərindən sənin sevgi oxunsun.
Bunu görüb ürəklənsin qonaqda.

Çəkinməsin halal süfrə başında.
Süfrən dolu üzünü ağ eləsin.
Qoy sevinsin qohumunda yadında.
Təmiz adın başın uca eləsin .

Al yanaqlı nazik bədən ay gözəl.
Nə durmusan samovara bir od sal.
Sac üstündə bişən çörək lavaşdan.
Qonağına ürəkli bir süfrə sal.

Nahidə  Tağıyeva
www.kafiye.net