Nə durmusan qəsdimə?

Nə durmusan kələyinlə qəsdimə?
Qəsdin məni öldürməkmi sən Allah?
Bircə dəfə doğru danış, düz denən
Başındakı fikirləri düz anlat.

Belə sevmək olmaz vallah dünyada.
Sevən sevdiyinə asi olarmı?
Cəllad tək dayanıb başının üstə.
Sevdiyi yarının canın alarmı?

Nə dediyin nə verdiyin söz bəlli.
Nə sevginin özü möhkəm təmməli.
Anlaya bilmrəm səni əmməli.
Belə sevmək olmaz vallah dünyada.

Nə durmusan kələyinlə qəsdimə?
Qəsdin məni öldürməkmi sən Allah.?
Doğru danış.doğru denən bir dəfə.
Sevgi nədir bilirsənmi sən Allah ?

Nahidə Tağıyeva
www.kafiye.net