Ömrümüzü xərcləyirik

Ömrümüzü xərcləyirik
Bu qaça-qaç ,bu qova-qov bazarında
Yada düşmür insaniyyət.
Biri sərvət azarında,
Biri canıyla çəkişir,
bir torpaqla əlləşir.
hər gün baxıb öz qabarlı əllərinə 
köks ötürür..
Biri yeyib haram tikə,
qarnı şişir.
boynu dönmür yoğunluqdan.
O fağırsa yorğunluqdan 
elə daşın üstə yatır,
Öz canını bir tikə çörəyə satır…
Boynu yoğun haramzada 
kasıbın evin uçurur,
uca bina tikmək üçün məscid sökür,
Arı yeyib ,namusu dalına atır.
Şeytanın əlindən öpür.
…Nağıla inanmır daha uşaqlar da.
“Qoğal” ,”Cirtdan” ,”Məlikməmməd”
maraq vermir .
Fikri qalır internetdə
vəhşi barbar oyunlarda.
Ona nə var qoğal necə hazırlanır,
undan olur, yağda bişir
uşaq deyir atasına
“çörək gətir”,”qoğal gətir”.
Və beləcə xərcləyirik ömrümüzü..
zaman salıb boynumuza yüyənini,
çəkişdirir .
.Sürür həyat qatarını,
İstədiyi səmtə gedir.
Sonra da boşalır qatar
Sərnişinlər düşür bir-bir…
…Bu sonuncu dayanacaq.
Məzlumların əzabları,
zalımların zülümləri burda bitir.

14.04.2017    Tamara Rustamova Tənha Bulud
www.kafiye.net