QADINLAR VAR.

Ətrafımda qadınlar var tanıyıram.
Bir çoxunun taleləri oxşar olub
Bir çoxunun həyatları eyni olub.
Əzab dolu çiyinləri yüklə dolu.
Ətrafımda qadınlar var
Qəlblərində ağır kədər yuva qurub
Danışanda sözlərində qəhər olub.
Yaşayıblar ömürlərin borcdur deyə
Övlad üçün yaşayıblar xoşdur deyə
Ətrafımda qadınlar var
Tanıyıram
Hislərini cilovlayıb həbs edibdir
Təmiz adçün 
Özlərinə qəsd edibdir
Satılmayıb vara –pula nə zinyətə
Bu dünyanın min bir adlı nemətinə
Aldanmayıb dünya beş günlükdür deyə
Ətrafımda qadınlar var
Yaşayıblar XƏYANƏTİN hər üzünü
Ama evdən getməyiblər
Övlad üçün yaşayıblar
Övladlardan keçməyiblər.
Qəbul edib atasızlıq kəlməsini
Yanasalarda için –için
Onu heç vaxt seçməyiblər.
Ətrafımda qadınlar var
Çox kişidən qeyrətlidir.
Həcər kimi qüdrətlidir.
Kərpic kəsib ev tikibdir
Yer belləyib su çəkibdir
Əl açmayıb kimsələrə
Yalvarmayıb çörək deyə
Yatmayıbdır yuxusunu
Oyaq qalıb
Rahat yataq döşək nədir 
Lap unudub
Baş əyməyib kimsələrə
Əydiribdir
Geyinməyib əlvan paltar
Dəbdə olan cırıq şalvar
Övladına can veribdir
Öz ömründən pay veribdir.
Zəif deyib keçməyin
Qadınlara amandır.
Qadın bizlərə bacı
Birdə əziz anadır.
Ətrafımda qadınlar var
Önlərində baş əyirəm.
Qadın deyil əsil ana olduğuçün
Can deyirəm.

Nahidə Tağiyeva / 14.04.2017
www.kafiye.net