Eleki Fesiller

Eləki fəsillər şahı padişahı.
Yaz gələr sevinər dağlar dərələr.
Çoban sürüsünü qatar önünə,
Hay deyib haylayar ellər-ay ellər.

Alaçığın tikər dağ yamacında.
Özünə yurd salar dağın başında.
Tütək çalar bir şal qaya başında.
Hay deyib haraylar ellər-ay ellər.

Göz önündə gəzər körpə balalar.
Haray salıb axar köpüklü çaylar
Samovarda kəklikotlu səs salar
Hay deyib haraylar ellər ay ellər.

Duman gələr çiskin olar çən olar.
Dağ başından günəş buludu qovar.
Duman gedər yerini qırov alar,
Hay çəkib haraylar ellər ay ellər.

Sürü gəzər yamacları dağları
Bol pendiri südü qaymağı yağı.
Yurd eyləyər özünə hər oylağı,
Hay deyib haraylar ellər ay ellər.

Birdə dönər payız vaxtı elinə
Min bərəkət var gətirər evinə.
Gördüyünü gətirər göz önünə
Hay deyib haraylar ellər ay ellər.

Nahidə Tağıyeva
www.kafiye.net