ADAMI QINAMAYALAR

Adamı qınamayalar
Vallah köçüb gedəsən.
Qərib eli özünə 
bir yurd deyib seçəsən
Yad olub yadlaşasan
Hamıdan uzaqlaşasan.
Kiminsə dərdin çəkməkdən
Öz dərdin unutmayasan.
Çəkiləsən öz evinə
Kimsə toxunmaya sənə
Dindirib danışmayalar
İşinə qarışmayalar.

Uzaq ola fikirlər
Yükün dərddən olmaya.
Axşam vaxtı fikirdən
Səni qara basmaya.
Rahat nəfəs alasan
Həyatdan kam alasan
Dünyaya gəldiyinə
heç peşman olmayasan.
Yaşayasan ömrünü
Səndə dünya durunca
Qismətdə nə yazılıb
Onu ömrün olunca

Adamı qınamyalar
Vallah köçüb gedəsən.
Uzaq olan məkanı
Özünə yurd edəsən.
Eşitdiyin danışıq
yarpaq pıçıltıları
Gördüyün yanar işıq
Günəşin şüaları
Axan sakit bulaqlar.
sənə nağıllar deyə
Buludlar öz donunu 
hərdən qaradan geyə
Hərdən dolu yağdıra
Hərdən çən damızdıra
Eşitdiyin nəğmələr 
yağışdan gələ sənə.

Adamı qınamayalar
Köçüb burdan gedəsən
Qəlbinə yaxın olan
Yerə köç eləyəsən

Nahidə 14 .04. 2017
www.kafiye.net