Uman-Küsen

Uman -küsən zamanımız keçibdir.
Bizə küsmək heç yaraşmaz sevdiyim.
Zaman ötüb,dövran elə keçib ki,
Ruhumuzda bixəbərdir sevdiyim.

Nə baxırsan mənə küskün baxışla?
İndi küsmək zamanımı de görüm.?
Gözləyirdim deyəcəksən bağışla,
Küsməyinin səbəbini de bilim.

Zaman ötüb ömürə yoxdur etibar.
Çağrılmayan qonaq döyər qapını.
Birdə gördün alıb sənin əlindən.
Çağrılmayan qonaq alar yarını.

Nə qədər ki gec olmayıb o zaman.
Yığışdıraq um-küsünü amandır.
Birdə gördük gec olubdur ay aman.
Ölüm gəlib döyüb bizim qapını.

Nahidə Tağiyeva
www.kafiye.net