Səhər -Səhər

Səhər -səhər bas sinənə sazını
Yanıqlı bir Kərəmi çal ay aşıq.
Dağlar-daşlar sirkələnib oyansın.
Qoy yayılsın əks-sədan ay aşıq.

Vur mizrabı sarı simə ürəkdən.
Əlin altda simlər rəqs eyləsin.
Dinləyənin sabah-sabah kölnünü
Səsin ,sazın əhvalın xoş eyləsin.

Kərəmidən keç sarıtel çalginən.
Ötənləri bir-bir yada salginən.
Sazın ilə kölnümüzü alginən.
Vur mizrabı saza aşıq çal aşıq.

Nahidə Tağiyeva
www.kafiye.net