Bu Gün

Bu gün anladım yenə
Həyat çox qəribədir.
Talelərdə elə bil
İnsanlar kimi birdir.
Çoxu oxşar bərabər.
Çoxu təkrar yaşanır
Elə bil ötən illər
Birdə geri qayıdır.
Zamanla təkrarlanır
ömrün illəri fərqli
Kimi cavanlığında
Kimi ahıl çağında
Yenidən sənə dönür.
Həyat çox qəribədir.
Bəzən bezdirir səni
Bəzən cana doyursan.
Köçüb getmək üçün sən
Lənət də yağdırırsan.
Eyni tale yaşayan 
İnsanlar var xəbərsiz.
çoxu bir yükü dartır
Digərindən xəbərsiz.

Nahidə Tağiyeva
www.kafiye.net