SÖYÜDÜN GÖZ YAŞLARI,,

Qəlbinə dolan ağır kədər onu bir daha keçmişə doğru apardı.Kövrəldiyini evdə kimsəyə hiss etdirməmək üçün qapını səssiz açıb evdən çıxdı.Kim bilir ayaqları onu yenə haraya çəkib aparacaqdı.Evin qapısını örən kimi gözlərindən süzülən iki damla isti göz yaşı yanaqları aşağı yuvarlanıb boynuna sarı süzüdü.Addımlarını tezləşdirib evdən uzaqlaşmağı bacardı.

Gecəni yuxusu qaçmışdı.Yuxusuz olması baxan kimi gözlərindən bilinirdi. Özündən xəbərsiz atdığı addımlar onu salxım söyüdün yanına gətirdi. Sanki söyüddə kədərə bulaşmışdı. İncə yarpaqlarında gecədən düşən şehdən billura bənzəyən yaş damcıları sallanırdı.Titrək əllərini uzadıb yarpaqlara toxundu. Əlinə toxunan damcılar ruhunu incitdi. Ətrafa baxdı kmsə yox idi. Hönkürdü. Bu dəfə göz yaşlarına mane olmaq fikrində deyildi. Ağlamaq la qəlbində illərlə özünə yurd salan kədərən uzaqlaşmaq istəyirdi.

Aşağı çöküb dizlərini yerə qoydu . Buz kimi əlləri ilə üzünü tutub hönkürtüdən əlavə yalvarışa bənzər bir səslə ağlamağa başladı. Üzünə qapadığı əlinin barmaqları arasından süzülən göz yaşları onu sakitləşdirmək yerinə daha da kövrəldirdi. Əlini üzündən çəkib budaqlarını aşağıya doğru əymiş söyüdə baxdı. Elə bil söyüd kiminsə onu görməməsi üçün budaqlarını lap aşağaıya doğru əymiş onu görünməz etmişdi..

Yaş dolu gözlərlə söyüdü süzüb özünü qınadı. Dilsiz bir ağac qədər vəfalı olmadığını elə bil indi anlamışdı. Ağacın gövdəsində nə zamansa yazılıb hələdə qalan yazı nəzərini cəlb etdi. adlarını yazmışdılar bir zaman bura. Hələdə o yazı qalmışdı . Ancaq onlar yox idi. Ağac qədər etibarları olmadı heç birinin. Hər biri bir səmtə üz tutdular. Söyüdün altında verilən vədlər hamısı yaddan çıxdı unuduldu.Onların sevgisinə şahid söyüd onlara sadiq qalıb adlarını yaşatdı öz sinəsində.

Ayağa qalxıb göz yaşları içində ağacın sinəsində olan yazılara toxunmaq istədi nə qədər əlini uzatsa da əli yazılara çatmadı. Elə bil ağac ona toxunması üçün razı olmad. Əsən külək ağacı tərpətdikcə yarpaqlarından tökülən damcılar onu islatdı.İndi anladı söyüdün ağladığını.Onların üz çevirdikləri sevgiyə barsız ağac ağlayırdı. Geri çəkilib ordan uzaqlaşmaq istədi.Qəlbinə dolan kədəri qovmaq üçün gəldiyi yerdən daha bir kədər yüklənmişdi qəlbinə.Söyüdün göz yaşları.Əlində tutduğu məktubu ağacın kiçik koğuşuna qoyub göz yaşları içində yorğun addımlarla geri döndü. Qəlbində yeni bir kədər.

Nahidə Tağiyeva
www.kafiye.net