Ya Əli

 

Sən ey Allahın vəlisi könlü ümman, ya Əli!
Peyğəmbərin sevimlisi şiri-aslan, ya Əli!
Səbirlilər səbirlisi ,aşkar imam ,ya Əli!
Allahın sadiq qulu natiqi-Quran, ya Əli!

Süfrən geniş ,əlin açıq ,yolun Islam yoludur,
Öz nəfsinə sahib olan əsl Allah quludur,
Sənə düşmən kəsilənlər Tağut-Şeytan oğludur,
Müqəddəs Kəbə içrə ey doğulan, ya Əli!

İllərlə haqqın danıldı, dözüb durdun ər kimi,
25 il gəlib keçdi sınanmış illər kimi,
Fatiməni itirəndə çağladın sellər kimi,
Qucağında Həsən Hüseyn yalqız qalan ,ya Əli!

“Boğazında sümük qalan” insan kimi dözmüsən,
“Gozlərinə qumlar dolan” insan kimi dözmüsən,
Sən tarixə oz sözünü sətur-sətir düzmüsən
Nəchül-bəlağən olub dildə dastan, ya Əli!

Rükudaykən zəkat verdin, alqış gəldi Qudrətdən,
Könüllərdə evlər tikdin özülü məhəbbətdən,
İmanlara ziya verər nurun səkkiz cənnətdən,
Sən cahan peyğəmbərinin qardaşısan ,ya Əli!
Sən könüllər sultanının sirdaşısan, ya Əli!

Tamara Rüstəmova /TƏNHA BULUD/