Qızıma

Tanrı bizi yaradanda cüt yaradıb.
Elə bilki bir almanı tən bölübdür.
Nə yaxşı ki bəxtimizi cüt yazmayıb.
Nə yaxşı ki ağ bəxtini çox bölübdür.

Gözlərimin rəngi belə gözündədir.
Can dediyim kəlməm belə sözündədir.
Nur simalım çöhrəm sənin üzündədir.
Saf ürəksən ürəyimdə bax səndədir.

Tanrı bizi yardanda cüt yaradıb
Birimiz tez birimiz gec doğulmuşuq.
Bu həyatda Ana -Övlad deyil quzum
Elə bilki əkiz bacı yaranmışıq.

Nur çöhrəlim, gülər üzlü quzum mənim.
Bu gülüşün heç simandan getməsin.
Evimin nübarı gözümün nuru,
Allah səni nəzərindən silməsin .

Nahidə  Tağiyeva
www.kafiye.net