La Fəta illa Əli

Məkkədə Kəbə içində doğulan can kimdi?
Peyğəmbərə canişin, ilkin müsəlman kimdi?
Allahın sevimlisi o ali insan kimdi?
La fəta illa Əli, la Səyfə illa Zülfiqar.
2
Qollarında qırx kişinin gücü vardı Əlinin,
Bəlağəti ,kəsəri, sərtliyi vardı dilinin,
Siratəl Müstəqimdi O –düzlüyü vardı yolunun.
La fəta illa Əli ,la səyfə illa Zülfiqar.
3
Şir kimi atılanda Haqqın yolunda savaşa
Qılıncınln zərbəsindən kəramət gəldi daşa.***
Heydəri-Kərrar eşqiylə mələklər gəldi cuşa:
“La fəta illa Əli, la səyfə illa Zülfiqar”
4
Canfəda məktəbinin qoydu təməlin-binasın,
Hər doyüşdə, hər zəfərdə qurdu Şeytanın yasın.
Tək bircə zərbəsiylə qopardı Xeybər qapısın,
La fəta illa Əli, La sətfə illa Zülfiqar.
5
Ühüd döyüşü idi ,qan uddurdu kafirlərə.
“Allahu Əkbər!”deyib dönmüşdü aslana-şirə.
Öz canıyla sipər oldu Muhamməd/sav/ peyğəmbərə
Cəbrail nazil olub gətirdi Tanrıdan xəbər:
” La fəta illa Əli la səyfə illa Zülfiqar!”

Tamara Rüstəmova Tənha Bulud