DEMƏDİMMİ?

Demədimmi sənə yazda dönərsən?
Bülbül gülün şəninə söz qoşanda.
Ağaclarda tumurcuqlar görsənib,
Dağ çayları guruldayıb coşanda.

Demədimmi sənə elə dönərsən?
Göydə günəş parlayanda yananda.
Qız-gəlinlər bulaq üstə toplaşıb,
Sevdiyindən hamı söz danışanda.

Demədimmi sənə elə dönərsən?
Yaşıl yamac laləli don geyəndə.
Yasəmənlər salxımlanıb budaqda,
Hər tərəfə öz ətrini yayanda .

Demədimmi sənə elə dönərsən?
Toy-büsatın vaxtında vədəsində,
Toy xonçası al-qırmızı bəzənib
Əllər üstə qız evinə gedəndə.

Demədimmi sənə səndə dönəsən?
Bu yollardan gözlərimi yığasan.
Axşamüstü gün batanda şər vaxtı,
Məhləmizdə sən qarşıma çıxasan.

23.03.2017
Nahidə Tağıyeva
www.kafiye.net