SƏN MƏNİM NƏYİMSƏN ADAM?

Sən mənim nəyimsən adam?
Nə doğmamasan nə yadımsan,
Nə yaxınım uzağımsan,
Tanımadığım adamımsan.
Sən mənim nəyimsən adam?

Niyə qonağım olursan?
Hər sözümdə hər kəlməmdə,
Niyə ortaya çıxırsan?
Gözümə görsənməsəndə
Hər cümləmdə yer alırsan,
Sən mənim nəyimsən adam?

Keçmişimə qarışırsan,
Qarşıma hər vaxt çıxırsan
Qışda soyuq gətirisən,
Yazda ürəyimə sevgi,
Payız fəsli olan zaman
Kədərə dönürsən yaman.
Sən mənim nəyimsən adam?

Hələ bunu tapammıram,
Necə gəlmisən ömrümə,
Mən bunu anlayammıram.

Gecə gözümdən yuxumu
Gündüzlər gizlin ruhumu,
Bağlayırsan əl-qolumu,
Məndən alırsan sən adam.

Sən mənim nəyimsən adam?
Nə qohumum yaxınımsan
Tanımadığım adamsan
Dost-tanışların içində,
Ən doğmam ən yaxınımsan.

Nahidə Tağıyeva
30.03.2017
www.kafiye.net