YOXSAN, VƏSSƏLAM..

Hər gün yollarını aradım,durdum,
Hər gəlib-gedəndən mən səni sordum,
İçimi qəhr etdim,özümü yordum,
Nə səndən xəbər var,nə də bir salam,
Daha mənim üçün yoxsan vəssəlam..
*
Dərdimi söylədim dağlar əridi,
Kədər üzərimə qəfil yürüdü,
Həsrət saçlarımdan tutdu sürüdü,
Həyatım virandır,ömrümsə talan,
Daha mənim üçün yoxsan vəssəlam..
*
Ayrılıqdan olub rəngim bəmbəyaz,
Ya bir xəbər yolla,ya bir məktub yaz,
İnsan bu qədər də vəfasız olmaz,
Dərdimə olmadı bir çarə qılan,
Daha mənim üçün yoxsan vəssəlam.
*
Sənin hər kəlmənə şəksiz inandım,
Verdiyin zülümdən yandım,ha yandım,
Səni ürəyimin sultanı sandım,
Demək sözlərin də,eşqin də yalan,
Daha mənim üçün yoxsan vəssəlam..

Nazlı Hacılı.
13.08.2016.
www.kafiye.net