şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
MƏNVƏTƏN SƏNİN ƏSGƏRİNƏM BU GÜN ..
Bayrağıma şərəflə and içərəm,
Vətən sənin əsgərinəm bu gün mən..
Lazım gəlsə canımdan da keçərəm,
Vətən sənin əsgərinəm bu gün mən..
**
Qarış-qarış torpağını öperem,
Düşmən üçün mən özüm bir çəpərəm,
Mən şücaət,mən qeyrət,mən təpərəm,
Vətən sənin əsgərinəm bu gün mən..
**
Yağıların başına od ələrəm,
Mənfurları yer üzündən silərəm,
Ölsəm də mən qəhrəman tək ölərəm,
Vətən sənin əsgərinəm bu gün mən..
**
Tariximə salnamələr yazaram,
Düşmənimə dərin quyu qazaram,
Zülmkarın fitnəsini pozaram,
Vətən sənin əsgərinəm bu gün mən..
**
Yaracağam önümdəki zülməti,
Düşmən görsün məndəki bu qeyrəti,
Yenilməzdir AZƏRBAYCAN dövləti,
Vətən sənin əsgərinəm bu gün mən..
Yorum Yapın