DÜNYA YAŞAMALI YER DEYİl

Dünya yaşamalı yer deyil Allah!
Bizi bu dünyada məskun eyləmə.
Hər kəsin öz dərdi özünə bir yük,
Bu biçarələri mağmın eyləmə.

İnsanın həyatı ,beyni, ürəyi
İblisin əlində oyuncaq olub.
Bərbad günə düşüb insan taleyi,
Dünya başdan-başa şeytanla dolub.

Qələbə İblisin ,uğur Iblisin ,
Haqqın ,ədalətin izi görünmür…
Bəşər həsrətində bir doğru sözün
Sözün də astarı, üzü bilinmir.

Allahın ipindən yapışan əllər
Yorulub ,boşalıb, yerə sürüşüb
Azalıb ,tükənib-bitib səbrlər,
Möminlər horümçək toruna düşüb.
Rahatlıq nə gəzir fani dünyada?!
İnsan məşəqqətcün gəlir bu yerə.
Rahatlıq var olur Tanrı yanında,
Can qayıtmaq istər gəldiyi yerə

Dünya yaşamalı yer deyil Allah!
Gücümüz çatmayan sınaq eyləmə.
Vədinə sadiqsən ,ey Adil Allah!
Bizi rəhmətindəm uzaq eyləmə.

Tamara Rustamova Tənha Bulud/2014 
www.kafiye.net