BİLDİYİM

Sevgisiz ömür yamandı,
Olacaq -qəlbə damandı,
Ruhum ölüb nə zamandı,
Naşı , cismimdi gördüyün!

O ülfət çırağım imiş,
Əcəb gözəl çağım imiş,
Sən demə bir ilğım imiş
Dünən yuxuma girdiyin.

Ocaqda kül sorağımdı,
Qəm küləyi darağımdı,
Perikmiş arzularımdı 
Ayağın altda sərdiyim.

Yox bir doyumlüq sevincim,
Tükənib taqətim-gücüm,
Dünya məndən doyub keçib,
Əbəsmiş ömür sürdüyüm

1991
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net