Hələ də,bu sualın cavabını tapmamışam:

Mən kiməm?

Mən kiməm,görəsən?..Axı,mən kiməm:
Bir şair?..Dilənçi?..Ya da ki,səfiı?
Gah pay verib,gah da ki,əl açaram
Yerlərə,göylərə qəfiıdən-qəfil.

Gah pay verib,gah da ki,əl açaram,
Bir üzüm gecədi,biri də gündüz.
Bir yanım sıldırım,sal qayalıqlar,
Bir yanım hamardı,düzdən də dümdüz!..

Mən kiməm,görəsən?..Axı,mən kiməm?
Mən-məni tanımaz,məni unudar.
Amansız fikirlər məngənəsində
Kah kaman olaram,gah da kamandar.

Gedirəm…gedirəm…gedirəm,ancaq
Bilmirəm bu yolun sonu haradı?
Sızıldayır,yanır ruhum,bədənim,
Biləmmirəm,ağrıyan yer haradı?..

Mən kiməm,görəsən?..Axı,mən kiməm?
Nədən narahatam,nədən gümansız?
Gah oxşayıb,sevib özüm-özümü,
Gah oluram amansızdan-amansız.

Nədən narahatam,nədən gümansız?
Hansı hissdi məni edən qul,kölə?
Kim oxuya alnımdakı yazını,
Axı,mənim qədərimi kim bilə?..

Unuduram bəzən də öz adımı,
İçmədən sərxoşam,içmədən dəməm.
Soruşuram yerdən,göydən,hamıdan:
Mən kiməm,görəsən?..Axı,mən kiməm?

Məzahir İsgəndər
www.kafiye.net