TÜKƏNDİ..

Bəs deyirdin məhəbbətin ümmandır,
Qəlbindəki sevgi nə tez tükəndi?
Soyumuşdur sevgin xeyli zamandır,
Qəlbindəki sevgi nə tez tükəndi?
*
Bir zamanlar mərd deyirdin özünə
Onda niyə xilaf çıxdın sözünə?
Bu sevginin saxtası nə,düzü nə,
Qəlbindəki sevgi nə tez tükəndi?
*
Bizi yerlə bir eylədi ayrılıq
Aramızda yer eylədi ayrılıq
Sitəmini zor eylədi ayrılıq
Qəlbindəki sevgi nə tez tükəndi?
*
Yaxşı olan yaman yolu seçənməz
Mərd namərdin körpüsündən keçənməz
Mənbəyi qəlb olan sevgi tükənməz
Qəlbindəki sevgi nə tez tükəndi?

Nazlı Hacılı.
www.kafiye.net