NİŞAN ÜZÜYÜ,,

 

Müellifi  Nahide Tağıyeva

 

Otaqda olan səssizlik adamın ürəyini üzürdü.Bir xeyli vaxt idi eynək taxmış yaşlı həkim önünə tökdüyü vərəqləri oyan –bu yana çevirir başını qaldırıb həyacanla onun verəcəyi cavabı gözləyən qadına baxmırdı.Qadın bir neçə dəfə yavaş səslə öksürsə belə həkim onun səsinə başını qaldırmadı.Qadın qolunda olan saata baxdı.Artıq iyirmi dəqiqə idi ki onu gözləyirdi.Başını çevirib pəncərədən çölə boylanıb qaş-qabağını tökmüş havanı süzdü.. Payiz yağışı yağırdı.Narın –narın yağan yağış çətin kəsə idi.Evdən çıxanda çətirini götürməyi unutmuşdu.Əynini də elə qalın bir şey yox idi çox nazik geyinmişdi .Belə getsə deyəsən islanacaqdı.Əlində olan kiçik redukilinə nəzər saldı .Taksi ilə gedə bilmək üçün pulnun qədərinə baxmaq istədi.On beş manat pulu qalmışdı.Analizlərə xeyli pulu çıxmışdı. Evdən çıxarkən götürdüyü pulu heç saymadan redikulinə qoymuşdu . Son zamanlar özündə yaranan narahat hisslər tez-tez ürəkbulanmaları onu bura gətirmişdi. Başı gicəllənir, gözlərinə qaranlıq çökür ayaqüstə dayanmağa halı belə olmurdu. Hamilə qadınlar kimi çox şeydən iyrənir bütün günü halsız vəziyyətdə olurdu.İştahası tamam pozulmuşdu. Özü hazırladığı xörəkləri gözü önünə gətirə bilmir , süfrəyə gətirir yenidən mətbəxə aparıb qazana boşaldırdı. Özündən şübhələnirdi . Birdən hamilə olaram bu yaşımda biabırçılıq olar deyirdi. Onun üçün ancaq uzidən keçməyi düşünürdü. Sahə həkimi ilə danışandan sonra belə qərara gəlindi ki ,ilk öncə ümumu analiz versin, sonra həkim onu diqqətlə yoxlamadan keçirsin.Onu diqqətlə dinləyən qocaman sahə həkimi mütləq qanın ümumi analizinin veriməsini məsləhət gördü.Qadın əvvəlcə tərəddüd etdi ,ancaq həkimin israrından sonra razılaşdı.Elə xəstəxananın labaratoriyasına düşüb həkimin verdiyi göndəriş vərəqəsinə əsasən analiz verdi.Qan götürən həkim analizin cavabını götürmək üçün mütləq bir neçə saat gözləməli olacağını qeyd etdi.Əks təqdirdə sabah saat doqquz tamam da gəlib götürə biləcəyini söylədi.Saata baxdı günortaya hələ xeyli var idi.Gözləməli olacağını deyib ordan uzaqlaşdı.Dəhlizin çıxış qapısına doğru addımladı.Həyətə çıxıb bir az gəzmək , xəstəxananın kəsif dərman qoxusundan uzaq olmaq istədi.Çıxış qapısına çatmamış başı gicəlləndi,yıxılmamaq üçün arxasını divara söykəyib gözlərini yumdu. Gözlərinin önündə qığılcımlar oynadı.Ürəyi t döyündü,gözlərinə çökən qaranlıqdan ürəyi dayanacaq kimi tez-tez çırpınmağa başladı.Əllərini gözlərinə qarşısına tutub belə durdu..

 
Gözlərinə çökən qaranlıqdan heç nəyi seçə bilməyən qadın, bir də görə bilməyəcəyini və işıq üzünə həsrət qalacağını düşününcə ürəyi sıxıldı..Bir dəqiqə belə keçən zaman qadına bir il kimi uzun gəldi .Tez yadına uşaq vaxtları məktəbə gedərkən hər zaman küçədə oturan kor kişi düşdü..Özünə gələn qadın əllərini gözünün önünə yenidən gətirib,diqqətlə barmaqlarına baxdı. Əlləri gözünə qansız kimi görsəndi. Barmağına ailə qurarkən taxılan nişan üzüyü də gözünə solğun dəydi.Həqiqətən də elə əlləri ağarmış qansız barmaqları uzanmış kimi görsəndi.Bir xeyli zaman idi bənizi də solmuş ,dodaqlarının rəngi tamam qanı qaçmış kimi görsənirdi.Yavaş-yavaş söykəndiyi divardan aralanıb qapıya tərəf addımladı elə bil taqətdən düşürdü.Birdən ac olması yadına düşdü.Evdən çıxarkən heç nə yeməmişdi.Elə bil hiss etmişdir ki ,ondan analiz götürüləcək onun üçün bir qurtum suda içmədi.Poliklinikaya gələrkən fikrində tutmuşdu ki evə tez qayıdar axşama xəngəl hazırlayar . Evdə çəkilib hazırlanmış qiyməsi də var idi.Soyuq havanın yeməyi idi qurutlu xəngəl. Ac olduğu üçün başının gicəlləndiyini fikirləşən qadın yaxınlıqda olan mağazadan özünə yemək üçün bulku aldı.Həyətdə xəstələr üçün qoyulmuş skamyalardan birində əyləşdi.Bulkudan bir dişdək alıb çeynəməyə başladı. Elə bil çənəsinin gücü çatmırdı ağzında olan kiçik tikəni çeynəməyə.Bir təhər iştahası olmasa da onu çeynəyib uddu. Qolunda olan saata baxdı az qalırdı analizlərin cavabını götürüb yenidən həkimin yanına qalxmalı idi.İnşallah hər şey yaxşı olar deyə allaha dua etməyə başladı.Axı nə ola bilər ki ürəkbulanmasını həkim lap dəhşətli bir xəstəliyə çevirdi.Kənddə elə olan kimi anası tez kürəklərini masaj edər banka salar onunla da xəstəlikləri keçərdi.İndi burda bir balaca narahatlıq olan kimi hamı qaçır həkimə.Onlarda kömək olmuşlar adama bir sicilləmə dərman resepti yazırlar ki gəl görəsən.Ondan sonra da gəl düş bu apteklərin canına ki, yazılan dərman preparatlarını axtarıb tapa biləsən.Bir xeyli oturub qaldı.Havadan gələn nəm qoxusu yağış yağacağını xəbər verirdi.Alçaqdan uçan quşlarda elə bil yağışın gələcəyinin xəbərini gətirirdilər. Bircə tez analizləri ala bilsə evə gedərdi.Heç belə tələsdiyi olmamışdı ev üçün.Daxilindən bir onu evə geyməyə tələsdirirdi.Ancaq necə getsin onda gərək birdə sabah gələ idi.Sabahda gəlməyə həvəsi olmayacaqdı .Beləliklə də səhhətində yaranan by narahatçılığın səbəbini bilməyəcəkdi.Onun üçün, necə olur olsun səbr etməli ,zamanın çatacağını gözləyib cavabları alıb sonra getməli idi.Alacağı cavabı öz istədiyi kimi düşünür ,onun səhhətində ciddi bir şey olmadığını bilirdi.Boş yerə analiz verdiyi üçün heyfslənir ,qolunu boş yerə deşdirdiyi üçün özünü qınayırdı.Qoluna baxıb tibb bacısının necə ustalıqla onun damarından qan götürməsini gözünün önünə gətirdi.Qolunda iynənin izindən başqa heçnə görsənmirdi.Ondan başqa bir iki nəfərdə var idi həyətdə

 

 

 

Onlarda müayinəyə gələnlər idi.Bir istədi ayağa durub evə getsin ,iradəsi ona güc gəlib onu bu fikrindən uzaqlaşdırdı.Yavaş-yavaş labaratoriyaya tərəf getdi.Həkimin dediyi vaxta hələ bir az var idi.Bəlkə çıxıb deyə fikirləşdi.Ola bilər vaxtından əvvəl hazır olsun deyə öz –özünə mızıldandı.Oturmaqdan br şey çıxmaz əyər hazır olmasa ,həkimə də məsləhət edim , vaxt təyin etsin başqa zaman gələrəm.Labarant həkim onu gülər üzlə qarşılayıb gəli-gəlin dedi.Cavablar hazırdır elə indi gəlib deyib başını əyib onn ad və soyadını axtardı.Bir neçə delonun içindən qadına aid analiz kağızının cavablarını götürüb diqqətlə baxdı məyus olmuş bir sima ilə allah şəfanızı versin dedi. Qadın ondan cidd bir şey yoxdur inşalah dedi.Onun bu sözünün qarşısında həkim narahat olmayın həkiminiz özü sizə hər şeyi geniş danışacaq.Yazılan müalicələrin hamısını diqqətlə yerinə yetirin və özünüzdə xəstəliyə qarşı ciddi mübarizəyə başlayın.Elə olsaz əsrin bəlasına qalib gələ biləcəksiz.Əyər özünüzü iradəsiz aparsaz xəstəliyə əyilmiş olacaqsız.Onun üçün iradənizi toplayıb güclü bir şəkildə ancaq öz xəstəliyinizə qalib gələ bilərsiz.Qadın onu nə deiklərini o qədər də ciddi qəbul etməyib kağızları ondan alıb minnətdarlıq etdi.İkinci mərtəbəyə qalxıb verdiyi qan analizinin cavablarını həkimin stolunun üstünə qoydu.Eynəyin ardından qadını süzən həkim başının hərəkəti ilə ona oturması ilə işarə verdi.Qadın keçib əyləşdi.Bir yanını qaçaq qoymuşdu. Darıxırdı. Burdan tez qaçıb qurtulmaq,tünd dərman iyi verən bu yerdən uzaqlaşmaq istəyidi.Kəsif dərmanların bir-birinə qarışmış iyi onun ürəyini bulandırsa da özünü birtəhər tutur ürəyinin bulanmasını yadından çıxarmaq üçün otağın baş tərəfinə vurulan sağlamlıq haqqında olan plakatlara baxırdı.Bir neçə dəfə onların hamısını başdan aşağı diqqətlə keçirən qadın artıaq yoruldu.Özünü məzəmmət etdi.Axı mənim burda nə işim varıydı ey deyib özünə ürəyində bir yüngülvari sözdə ünvanladı.Qadın darıxır həkim isə sənədlərdən başını qaldırıb onu narahatlıqla gözləyən xəstənin üzünə də baxmırdı. Nəhayət qadının bu qədər naraht olması ona da siyarət etdi.Başını qaldırıb onunla üz bə-üz oturan qadına nəzər saldı.Əlində olan qələmi stola vura –vura danışmağa başladı.
 

 


Xanım dedi: Verdiyiniz analizin cavabı o qədər də ürək açan deyil.Sizinin qeyd etdiyniz ürəkbulanmaları başgicəllənmələri ən çox insan bədənində xərçəng hüceyrələri baş verən zaman hiss olunur.Siz analiz vermədən öncə özünüzdə baş verən hallardan danışanda mən bunun olacağından şübhə etdiyim üçün sizdən analiz götürülməsinin istədim.Demək şübhələrim düz çıxıb.İndi o xəstəliyin hansı orqanda yaranmasını təyin etmək üçün gərək sizə.,, UZİ,, aparatından keçirək yada son zamanlar bədəninizin ən çox hansı nahiyyəsində narahatçılığınız olduğunu deyəsiz .Qadın həkimin sözlərini sanki eşitmir onun sadəcə ağzının açılıb yumulduğunu görürdü.Xərçəng sözünü eşidən qadın özünü itirmişdi.Necə ola bilərdi ki,onda belə bir xəstəlik olsun axı onun heç bir orqanından şikayəti yoxdur.Heç bir yeri ağrımır,ancaq ürəkbulanması onu narahat edirdi.Onun üçündə xəstəxanaya gəlmişdi. İndi nə edəcəyini, həkimə verəcəyi sualı belə fikirləşib tapa bilmirdi. Həkim qarşısında olan qadının hərəkətlərini diqqətlə izləyir. onun simasında olan təcəüüb nişanəsini açıq-aşkar sezirdi. Deyəcək,təsəlli edəcək bir söz deməli , onunla üz-üzə oturan qadına rahatladıcı bir söz deməli olduğunu bildi.İndi bu xəstəlik çox insanlarda var müayinə ilə keçib gedəsi bir xəstəlikdir.İndi tibb çox inkişaf edib bəzi şüallarla onun qarşısı alınır. Qadın həkimin sözlərinin ancaq bir təsəlli üçün deyildiyini çox gözəl bilirdi. Çünki anasını da eyni xəstəlikdən itirmiş qadın xərçəngin nə olduğunu və tibb elmi ilə məşğul olan alimlərin apardığı səylər boşa çıxır ,  xəstəliyi tamamilə məhv edə biləcək dərman peraparatı hələ də tapılmırdı. Anasında aşkarlanan xəstəlik tez bir zamanda daxili orqanların hamısını bürüdü aldığı müalicələr , hətta kimyəvi çüa belə onun xəstəliyinin qarşısını az da olsa almağa heç bir kömək emədi. Anası xəstəliklə 4ay mübarizə apardı, ancaq xəstəlik ona qalib gəlib onu da öz qurbanlarının sırasına artırdı.Qadın anasının son zamanlar çəkdiyi ağrıları gözünün önünə gətirib kövrəldi.Göz yaşını gizləmək üçün pəncərədən çölə baxmağa başladı.Sanki havada onun halından xəbərdar idi.Qızına yeni nişan gəlmişdi.oğlu hərbi xidmətdə idi.Allahdan möhlət istədi.Heçolmasa qızının toyunu edib öz əli ilə gəlin köçürsün .Oğlu kişi xeylağıdır qız isə kəsikdir.Oğlunun xidmətini başa vurmasına bir aydan bir az vaxt var idi.Ancaq qızının toyu isə hələ yazda olacaqdı. Hələ o vaxta bir neçə ay var idi. Payız isə hələ yeni gəlmişdi. Ona kimi yaşaya biləcəyi allahdan başqa heç kimə məlum deyildi. Gözündən axan yaş yanaqlarına süzdükcə əlində olan yaylıqla silirdi. Qadının belə görkəmi həkimin qəlbini sızlatdı. Birdən-birə belə pis xəbəri ona dediyinə peşman oldu. Hər gün neçə insan bu dəhşətli xəstəlikdən dünyasını dəyişir, nə qədər insan isə bu xəstəliyə yoluxurdu. Qadın göz yaşlarını silib həkimə tərəf çevrildi və sözə başlamaq üçün ilk öncə udqu ndu və sonra danışmağa başladı. Anami bu xəstəlikdən bir il bundan öncə itirmişəm.Götürdüyü müalicənin heç bir köməyi olmadı. Aldığı müalicələr ancaq bir ay yaşamasına kömək etdi. Aldığı kimyəvi şüaların nəticəsində bir ay onu qoruya bildik. Gizli gedən xəstəlik aşkar olanda onun əlli beş yaşı yeni tamam olmuşdu. Bütün orqanlarını öz əsarətinə alan xəstəlik bütün bədəninə bir ağac kimi kök atmışdı. Anam həyata bir çox bağlı olsa da bu xəstəliyə qarşı heç bir mübarizə apara bilmədi.

 

 
 

 

 

Anam həyata bir çox bağlı olsa da, bu xəstəliyə qarşı heç bir mübarizə apara bilmədi.Bir səhər tezdən gün yenicə doğarkən anam qollarımın arasında canını tapışırdı.Nə etsəmdə, onu geri qaytara bilmədim.Hər zaman onun yoxluğunu hiss edirəm.Başım sıxışanda və ya bir məsləhətə ehtiyacım olan kimi ,onun üstünə qaçıb ondan məsləhət istəyərdim.İndi isə gedəcək tək yerim qəbirstanlıqdır.Ora gedirəm, anamı görüb məsləhətlərini dinləmək üçün. Orda da ancaq ,özüm danışıb özümdə dinləyirəm birdə onun cavab verə bilməyən lal rəsmi ilə baxışıb geri dönürəm.Qadın belə deyib hönkürdü.Onun dediyi sözlər həkimədə təsir etmişdi.Qadını sakit edə biləcək bir söz tapa bilmirdi.Səhv etdiyini anladı.Axı onu tanımadan necə ağır bir xəstəliyə mübtəla olmasını ,ona xəbər verməməli idi.Tərs kimi də, qadın yoxlanmağa tək gəlmişdi.Gərək deyəydi ki ,get sabah yoldaşınla yada ,başqa bir yaxınınla gəl.Qadına bildirmədən onlarla məsləhətləşib sonra deyəydilər.Qadın göz yaşlarını silib ayağa qalxdı.Qapıdan çıxmadan həkimin ona verdiyi təsəlliləri diqqətlə dinləyib acı-acı gülümsündü və dedi:


Yarananların hər biri köç edəcək bu dünyadan,kimi tez, kimi isə gec.Həkimin ona yazdığı dərman reseptini də götürüb sağol deyib qapını arxasınca örtdü.Havanın çiskinli və soyuq olmasına baxmayaraq dayanacağa tərəf getmək istəmədi.Yolu piyada getmək qəlbinə dolan acını azda olsa içindən atmaq istəyirdi.Demək onun da ömrünə az qalıb.O da anası kimi bir sabah günəşin doğmasını seyr edərkən həyatdan köç edəcək. Onunda balaları onun anası üçün necə yandığı kimi yanacaqlar.Evinə onsuz kədər çökəcək.Həyat yoldaşı onu axtaracaq hər gün işdən evə gələndə onun qarşısına heç kim çıxıb xoş gəldin deməyəcək. Qadın fikirləşdikcə göz yaşları yağan çiskin yağışa qarışıb üzünə axırdı. Qadın onların həyatının onsuz qalan hissəsini düşündükcə xəstəliyə yenilməyəcəyini ,qalib gələcəyini qarşısına qoydu.Hələ qarşıda nələr var idi .Qızını gəlin köçürməli,oğlunu evləndirməli idi hələ.Körpə nəvələri dünyaya gələcək onları bağrına basıb öz şirin səsi ilə onlara lay-lay deyəcəkdi.Bir anlıq hər şeyi həkimi ,tutulduğu ağır xəstəliyi belə unutdu.Evə tələsdi evi ailəsi onu gözləyirdi.Söz vermişdi axşama qurutlu xəngəl bişirməli idi. Adımmlarını yeyinlədib yola tərəf boylandı yanından keçən ilk taksiyə əl uzatdı ,yanında dayanan taksiyə əyləşən kimi ünvanı verdi. 
Bir neçə ay idi ki, amansız xəstəliklə mübarizə aparırdı.Həyat yoldaşının dəstəyi ilə xəstəliyə üstün gəlməyi bacarsa da çox zəifləmişdi.Hərdən güzgünün önündə dayananda özünü tanımırdı.Güzgüdən ona baxan adamın saçları tökülmüş,üzü sap-sarı idi. Nə qədər güclü qidalar qəbul etsə də bədəni gücdən düşürdü.Əllərinə baxanda ağ incə barmaqların yerinə qırışmış barmaqlar gözünə dəyirdi.Yox bu barmaqlar ona məxsus deyildi. Qöca birinə aid idi əlində gəzdirdiyi barmaqlar. Son vaxtlar nişan üzüyü də artıq barmağında durmur sürüşüb düşürdü.Heç kimə hiss etdirmədən üzüyünü barmağından çıxarıb qızıl qabına qoymuşdu.Gözləri doldu,durub qarderobda saxladığı üzüyünü götürüb nişan barmağına keçirdi.Çox böyük idi.Necə etsin ki ,onu saxlasın .Birdən ağlına uşaq vaxtı evcik oynayanda etdiyi hərəkət düşdü.Mis simlərdən düzəltdiyi üzüklər barmağından düşməməsi üçün altına pambıq dolayar üstündən sap bağlayardı.Yenə elə etmək qərarına gəldi.Üzüyünü barmağına kip olana qədər alt hissəsinə pambıq dolayıb bərkitdi.Barmağına keçirib baxdı.Tək qaşı olan üzük işığın şüalarında bərq vurmağa başladı.Nişanları olmamış üzüyü həyat yoldaşı ilə seçmişdilər .Hələ o zaman bir-birlərini dəli kimi sevirdilər. Ailə quracaqlarına söz vermişdilər. Elçilik məqamına söz gələndə atası onu vermək istəməmişdi. Oda etmə tənbəllik atasının önünə keçib ,mən Kərimi sevirəm onunla ailə quracam demişdi.Anası əlini ağzına tutub ,,vay biyabır olduq,,ay allah bu qız nə danışır desə də qızı ona fikir verməmişdi.Atası bir neçə gün qaş-qabaqlı halda gəzib dolanmış siqaretdən başqa heçnə ağzına almamışdı.Anası onu döyməkdən betər etmişdi.Atasinin üzünə ağ olmağın nə demək olmasını bu üç gündə qadın bəlkə də yüz dəfə təkrarlamışdı. Anasının sözlərini belə dinləməyən qız özünüz bilin verməyəcəksiz məndə Kərimə qoşulub qaçaram. deyəndə Anası ayağından çıxardığı başmağı ona sarı atdı. Başının üstündən keçən başmaq tayı divara dəydi. Yerindən qımıldanmayan qız ana istiyirsən məni döy,istəyirsən saçımdan as,Kərimlə ailə quracam. Eyvana çıxan ata , qızı ilə həyat yoldaşının dialoquna qulaq müsafiri oldu.Qapı açıldı otağa girən ata başının işarəsi ilə qızını yanına çağırdı. Ürəyi dayanacaq kimi çırpınan Elnarə atasının ona n deyəcəyini bilmədən narahatlıqla anasına tərəf baxdı.Ana qızının son günlər etdiyi dedi qodulardan onsuzda bezmişdi.İndi get cavab ver deyə qızının eşidəcəyi səslə dilləndi.Qarşısında duran qızını diqqətlə süzən ata ona baxıb fikirləşirdi.Ay allah bu bir belə nə zaman böyüyüb ,kimisə sevdi.xəbər tuta bilmədim. Zaman nə tez ötdü dünən xəstəxanadan evə qundaqda gətirdiyimiz körpə qızcığaz indi üzümüzə ağ olur ,sevdiyi oğlanla ailə qurmaq üçün bizimlə dava edir. Gözlərinin önündə canlanan balaca qundaq böyüyüb birdən –birə gənc qız oldu. Ata onunla nə danışacağını unutdu. Necə deisn ki ona Kərimi sevirsənmi, axı indiyə kimi onların arasında elə bir söhbət olmamışdı. Heç bir zaman övladı onunla bir yerdə oturub dərdləşməmişdi. İndi ata o illər üçün qəribsədi.Qızı ilə arasında olan soyuqluq üçün özünü danladı. Hər zaman işi ilə əlaqəli olaraq rəsmi yaşadı öz ailəsində.Övladları hər zaman onunla bəli, xeyir deyə danışmışdı. İndi ailənin ən kiçiyi onlarla prinsip aparır ,sevdiyi oğlanın elçilərinə yox deyildiyi üçün yemək yemir ,özünü hər şeydən məhrum etmək istəyirdi.Qızının sevgisinin qarşısında deyəcək heçnə tapa bilmirdi. Qəfil qızım sözü Elnarəni diksindirdi.Hökmlə səslənən kəlmənin də öz şirinliyi var idi.Sevgi qarışıq bir hökm.

 

 

 

,NİŞAN ÜZÜYÜ,,
 

 

Birinə səadət birinə nemət
Birinə məhəbbət nişan üzüyü.
Gətirdin bir evə şadlıq ülvüyət.
Bir evə söz söhbət nişan üzüyü.

Bəzən bir barmaqda tab gətirməyib
Başqa bir barmaqa taxıldın niyə
Sevən sevgisində yanılan zaman
Yaman nəzərlərlə baxıldın niyə.

Sən neçə cavanın vuran üəlbini
O kiççik həlqənlə birləşdirmisən.
Bəzən şahid olub ərlə gəlini.
Ayrılıq zamanı üzləşdirmisən

Sən oğlan evindən elçilər ilə
Getdin qız evinə xonçalar üstə
Sən elə nemətsən dəyişmək olmaz
Dünyada nə almaz nə gövhər ilə.
 

 

Şeirin müəllifinin kim olduğunu bilmirəm
 

 

 

Hökmlə səslənən kəlmənin də öz şirinliyi var idi.Sevgi qarışıq bir hökm. Sən Kərimlə ailə qursan onunla yaşaya biləcəksənmi?
Elnarə onun sözünün bitmədiyini bildiyi üçün susdu. bilirdi ki atasının sözünün kəsilməyindən heç xoşu gəlmir. Onun danışıb qurtarmasını gözləməyə isə onun səbri çatmırdı. Ancaq tələsmək də istəmədi.Həyacandan üzünü bürüyən qızartı qarışıq bir istilik onun narahatlığını daha da artırdı.Yenidən səslənən .Qızım kəlməsi başını qaldırmağa onu məcbur etdi. Qarşısında duran insanın üzündə qəzəb yox sevgini görəndə bir xeyli rahatlaşdı. Sualıma cavab ver deyə səslənən ata düz onun gözlərinə baxdı. Atasının sözlərindən utanıb başını aşağı dikən Elnarə başının hərəkəti ilə razılığını bildirdi.

Güllü deyə atası möhkəm səslə anasını çağırdı. Qapı açıldı içəri keçən Güllü onun üzünə baxıb öncə necə olmasını bilmək istədi.Onun sakit olduğunu görüb rahatlaşdı.Nə olub deyə bu dəfə o sual etdi?

Onlara xəbər ver sabah axşam gəlsinlər. Qızı onlara verək getsin. Hər ikisi eşitdiklərinə inanmayan ana və qız bir-birlərinə baxdılar.Otaqdan özünü eyvana atan Elnarə dərin nəfəs aldı.Bir ayın içində elçilik hə mərasimi və nişan oldu.Toylarını payıza saxladılar.Bu üzüyü də o zaman Kərimlə özü seçib almışdı.Qiyməti baha olsa da Kərim onun ürəyincə olan üzyü almağa razı oldu. O gündən bu vaxta qədər Elnarə üzüyü barmağından çıxartmadı.Bir neçə gün bundan öncəyə qədər.Əlini yuyarkən üzyün əlindən düşməsi ona çox pis təsir etdi.Ancaq özünü ələ almağı bacardı.Bu gün yenidən onu barmağına keçirdi.Evdə gəzib bir xeyli barmağına baxdı.Arzusu idi üzüyünü qız nəvəsinə verəcəkdi.Övladlarından hansının qızı olsa idi ona.Qızı hamilə idi.Hələ ilk nəvəsinin dünyay gəlməsinə düz dörd ay var idi.Ona da ya qismət .Allah bilər görər ya görməz ilk nəvəsini.Yox o zamana kimi yaşamalıyam , nəvəmi qucağıma alıb özüm ona lay-lay deməliyəm dedi. Eh bu gün nə yaman kövrəkləşdim ,sabah həkimə getməliyəm ,mən hələ heç nə etməmişəm.Gərək dırnaq boyamı dəyişəm söz vermişəm ki ölümün gözünə dik baxım.Eh yenə ölüm nə ölüm ,ölüm salmışam ey deyib özünü qınamağa başladı.Tez mətbəxə keçib özü üçün şirə hazırladı.Həkimin məsləhəti ilə lazım olan meyvələrdən hazırladığı şirədən bir qurtumdan artıq içə bilmədi.Ürəyi ağzına gəldi.Özünü vanna otağına atıb içdiyi şirəni də geri qaytardı. Divanda uzanıb bir xeyli halsız vəziyyətdə qaldı.Gözünü açanda divanda yatmışdı.Həyat yoldaşı üstünə adyal atmışdı.Evdə bircə televizorun səsi gəlirdi.Kərim futbola baxırdı. Deyəsən Səid hələ də yox idi.Başını çevirib saata baxdı yeddiyə işləyirdi.Qış olduğundan hava tez qaralırdı.Axşamın yeddisi gecənin on ikisinə bərabər qaranlıq idi..Ayağa duramaq istəyəndə Kərim səsə tərəf çevrildi.Elnarənin bəyazlaşmış siması onun qəlbini göynətdi. Tez yerindən durub ona kömək etmək üçün qolundan tutdu. Elnarə başını onun qoluna söykəyib halsızca gülümsündü. Hara gedirsən ? deyib Kərim öz sevimli arvadının rəngi qacmış alnından öpdü.Çay gətirim içək .Nə zamandır səninlə qarşılıqlı çay içmirik dedi.Sən otur qoy mən gətirim bu vəziyyətdə sən çay gətirə bilməzssən mən süzərəm deyb Elnarəni divanda otuzdurdu.Tez keçib mətbəxdən çay gətirdi.Hər ikisi üz-üzə ancaq son dəfə oturdular. Kərim onun barmağına taxmış olduğu nişan üzyünə baxıb köks ötürdü.Bir zaman bu üzük bu barmağa ,bu ələ xüsusi bir yaraşıq verirdi.İndi isə sanki üzük öz yaraşığını da itirmişdi. Süzdüyü çaydan nəlbəkiyə töküb soyumasını gözlədi.Qarşısında olan qadının necə ölümlə pəncələşdiyini elə bil gördü.Axırıncı dəfə həkimə gedəndə analizlərin cavabına baxan həkim başını bulayıb dərindən ah çəkmiş,Kərimə müalicənin heç bir köməyi yoxdur.Artıq bütün orqanlar xərçəngin pəncəsindədir.Kərim həkimin sözlərindən sarsılmış özünü yıxılmaqdan güclə saxlamışdı. Elnarənin sayılı günləri qalmışdı. Bəlkə də bu son gün ola bilərdi.Sabah onu həkimə aparmalı idi.Ona təskinlik üçün həkimlə belə qərara gəlmişdi Kərim.Son anına kimi onu həkimin qəbuluna aparacaqdı. Aldığı müalicələrin köməyi iox idi.Onun ölümlə apardığı mübarizə hamını məətəl qoysada Elnarə bu mübarizəni artıq uduzmuşdu. Amansız xəstəlik onu öz caynaqlarında tutmuş canını almaq üçün fürsət gözləyirdi.

Əlində olan üzüyə Kərimin diqqət kəsildiyini görən Elnarə dilləndi. Səsi də elə bil zəifləmişdi. Kərimi qorxu bürüdü. Olmaya o son bu gündür deyə öz-özünə fikirləşdi.Yox ola bilməz, mən canımı ona verə bilmərəm. Əlini uzadıb Elnarənin qansızlıqdan buz tutmuş əllərini ovcuna aldı.Qadıın əlləri dağların buzu kimi soyuq idi.Kərim, mən öz dərdimdən xəbərdaram. Həkimin verdiyi diaqnozlar mənim bildiyimin tam əksidir. Şükür qızımızı köçürmüşük ondan rahatam. Bir narahatlığım ,səndən ,bir də Azaddandır.Əgər qismətimdə varsa onu özüm yerbə-yer edəcəm,yox əgər qismət deyilən yazımda o yoxdursa demək onu sən tək başına evləndirməli olacaqsan. Kərim onun dediyi sözlərdən doluxsundu, olmaya Elnarə vəsiyyət edir,axşam –axşam bu nə sözdür deyirsən?Sənə nə olub ki bir az xəstələnmisən oda şükür indi yaxşısan.Qadın onun sözlərini dinləyib kədərlə gülümsündü. Kərim dinlə sözlərimi. Oğlumuzu evləndirmək sənin boynunda bir yükdür. Onu evləndirəndən sonra özündə ailə qur. Çox cavansan sənə baxmaq qulluğunda dayanmaq üçün mütləq ailə qurmalısan. Sonra barmağında olan üzüyə işarə edib .Yadındadır bunu alanda demişdim ki, bu üzüyümü ilk qız nəvəmə verəcəm.Ama deyəsən nəvəmi görmək mənə qismət deyil. Kərim onun sözlərini dinləyəcək halda deyildi.Göz yaşları yeni taraş etdirdiyi üzünü islatdı.Əlini uzadıb həyat yoldaşının dodaqlarını tutarcasaına sus belə danışma dedi.

 
 

 

 

Belə danışma.Bizim gözəl günlərimiz qabaqdadır.Oğlumuzu da sən evləndirəcəksən ,digər arzularına da çatacaqsan.Elnarə birdə saata baxıb narazılıqla qoy sözümü bitirim dedi. Əlində olan üzüyü barmağından çıxarıb Kərimin ovcuna qoydu bunu ilk qız nəvəmizin barmağına taxmaq sənə qalıb dedi.Qəhər boğazını tutdu.Sözünün ardını deyə bilmək üçün Kərimin süzdüyü çaydan bir qurtum içib boğazını tutan qəhəri uddu.Kərimin ovcuna qoyduğu nişan üzüyü elə bil bir köz idi ovcunu yandırırdı. Ovcunu sıxdıqca istilik ovcundan ürəyinə doğru irəliləyirdi. Üz-üzə iki insan əyləşmişdi bir stolun arxasında. Birinin bənizinə ölüm rəngi, digərinin üzünə isə acı kədərin izi düşmək üzrə idi.Elnarə ayağa durub yenidən saata baxdı.Oğlu hələ gəlməmişdi.Narahat-narahat ətrafa boylandı Azad niyə gəlmədi onu görüm dedi. Kərim onun sözlərindən şübhələnən kimi oldu.Əti ürpəndi, bu nə narahatlıqdır axı bu axşam vaxtı dedi.İstəyirsən Səbinəgilə zəng edim gəlsin deyib ona baxdı.Yox axşam vaxtı sən allah narahat eləmə.Ağır ayaqdır ,gecəni rahat yatsın sabah gələcək. Onun o qədər işi varki qarşıda deyib sözü uzatdı.Ayaqüstə durmaq istədi gözləri qaraldı. Dura bilmədiyini görüb yenidən aşağı oturdu.Kərim tez özünü onun üstünə atıb qolundan tutdu.Qadın tir-tir titrəməyə başladı.Kərim onu qucağına alıb yataq otağına apardı.Yatağın örtüyünü kənara tullayıb qadının üstünü yorğanla basdırdı.Qadının getdikcə şiddətlənən üşüməsindən yataq titrəyirdi.Tez özünü telefona çatdırıb təcili tibbi yardıma xəbər verdi..Geri yataq otağına gəlib Elnarənin baş ucunda dayandı.Qadının üzü ilk dəfə gördüyü kimi idi. Elə bil yataqda qırx üç yaşlı qadın yox on səkkiz yaşlı Elnarə uzanmışdı. Bayaqkı kimi üşütməsi də yox idi. Sakit durub baxırdı. Gözlərini qırpmadan tavandan asılı çilçırağa baxırdı. Kərim onu narahat etmək istəməmək üçün geri qayıtmaq istədi. Birdən nə fikirləşdisə geri dönüb Elnarə deyə səsləndi.Qadından səs gəlmədiyini görüb var səsi ilə birdə çağrdı.Onun səsinə cavab verəcək heç kim yox idi. Özünü Elnarənin üstünə atan Kərim onu öpüşlərə qərq etdi. Açıq qalan gözlərini əli ilə sığayıb örtdü. Yatağın üstünə sərilən qırmızı yataq örtüyünü sevimli Həyat yoldaşının üzünə çəkdi.Evi acı bir hönkürtü bürüdü. Göz yaşlarına hakim ola bilməyən Kərim yenidən örtüyü qaldırdı bir saat undan öncə onunla danışan daha doğrusu son vəsiyyətini edən Elnarəsi artıq yox idi.İnana bilmirdi necə ola bilərdi axı bir dəqiqənin içində quş kimi uçub getdi.Qadının üzündə gülüşü donmuşdu.Dodağının yanında bir damcı su işıldayırdı.Əlini cibinə salıb dəsmalını çıxardanda Kərimin cibindən nəsə yerə düşüb taqqıltı ilə döşəməyə düşdü. Bu Elnarənin nişan üzüyü idi.Əyilib yerdən onu götürüb dodaqlarına yaxınla.dıran Kərim göz yaşlarına hakim olmağı bacarmadı. Əlində tutduğu nişan üzüyü onun Sevimli arvadının barmağıdan çıxmışdı.
 

 

SON

 
Nahide  Tağıyeva
www.kafiye.net