UŞAQ OLAYDIM,,

Kaş yenə də körpə uşaq olaydım.
Körpə uşaqlara mən qarışaydım
Yeriyərdim,yüyürəydim daş yolda.
Dərddən,qəmdən xeyli uzaqlaşaydım.

Xəlvət qaçıb gözlərindən anamın,
Tez çıxaydım yenə tuta, alçaya,
Səsləyəydi yenə məni çoxluca,
Qonşumuzda tez gələydi haraya.

Üz tutaydım tozlu yolla bulağa,
Əl-üzümü buz sularda yuyardım,
Kimsə gəlcək su içməkçün bulağa
Soyuq suyu üst-başına atardım.

Daş edəydi yara-yara dizimi,
Dizlərimdə yara qaysaq tutaydı.
Anam bunu görcək ,yenə də axşam.
Hörüyümdən lap möhkəmcə yolaydı.

Atam yenə mənə qahmar dayanıb,
Saçlarıma birdə sığal çəkəydi.
Səhər birdə heçnə olmamış kimi,
Anam məni qucaqlayıb öpəydi.

Kaş yenə də körpə uşaq olaydım,
Hər əzabdan,dərddən qəmdən çox uzaq.
Körpələşib lap körpəcə olaydım.
Bap-balaca yenə nadinc bir uşaq.

Nahidə Tağıyeva
www.kafiye.net