YETİM UŞAQLAR

Durub pəncərədə boynunu büküb
Küskün baxışlarala yola baxarlar 
Gələndən anasın xəbərin alıb
Çəkilib bir küncdəcə bax ağlayarlar.

Gözləri dikilib bağlı qapıya
Anasın gözləyər yetim uşaqlar.
Gün doğub yenədə axşam olunca
Sabaha ümidin bağlayar onlar.

Heç kimsə adını deməz onların
Onların doğuşdan bir adları var.
Atasız-anasız doğulub onlar.
YETİM səsləyərək çağrılır onlar

Heç kimsə sevməzki yetim olanı
Yetimin nə varı dövləti olmur.
Yetmxanada böyüyür onlar
Yetimin qalmağa bir evi olmur.

Həyatda yaxını kimi.kimsəsi
Yetim uşaqların heç kimi olmur,
Yetim doğulurlar onlar həyatada
Yetimin atası -anası olmur.

Qəlbləri hər zaman küskün olurlar
Yetimlər həyatda sevinə bilmir.
Qəlbləri sevgiylə dolu olsa da
Yetimlər həyatda sevilə bilmir.

Onların adına YETİM deyirlər.
Yetimin heç zaman arxası olmur.
Xəstə yatağında yatdığı zaman
Anası halından xəbərdar olmur.

Onlarda insandır Yetim uşaqlar.

Nahidə  Tağıyeva
www.kafiye.net