Mavi gözlüm

Yoxsa dəniz səndən alıb maviliyin
mavi gözlüm.
Şıltaqlığın,dəcəlliyin ,
hərdən kimdənsə küsməyin,
Gah coşmağı kükrəməyi,
Səndən alıb 
 Mavi gözlüm.
O da hərdən susar durar
Sənin kimi.
Saatlarla xəyal qurar
Varlığını unutdurar
Mavi gözlüm.
İndi-indi anlamışam
Daha məndə yaşlanmışam
Şikayətə başlamışam.
Niyə sevmişəm dənizi?.
Dəniz niyə doğma mənə.?
Nə çəkir məni dənizə?
Nə gəzirəm göy sularda?
Ayaqyalın qumsallarda.
İtirdiyim nədir axı?
Dayanıram saatlarla sahillərdə.
Göz dikirəm maviliyə.
Nədən doğma dəniz mənə.?
Hardan yaranıb bu belə?
Anlamışam.
Dənizdə səni tapmışam.
Dəniz mavi gözün kimi.
Hərdən sakit özün kimi.
Hərdən köpüklü dalğalar.
Dalğalarda saçın kimi.
MAVİ GÖZLÜM.
Sən dənizin övladısan,
Dəniz mavi gözün mavi.
Elə indi anlamışam.
Səni dənizdə tapmışam.
Mavi gözlü dəniz kimi.

Nahidə Tağıyeva
www.kafiye.net