Gecikən Bahar

Durub astanada qapını döyür,
Özüylə gül-çiçək gətirən Bahar.
Hamının qəlbinə sevgi gətirən,
Mənim həyatıma gecikən Bahar.

Hər yanı qərq edir isti nəfəsə,
Buz tutan təbiət indi oyanıb.
Hər yana yeni bir nəfəs gətirən,
Mənim ürəyimdə qərar tutmayıb.

Yenə də yan keçib məndən bu Bahar,
Bu dəfə də məni yada salmadı.
Gözünün önündə olsam da belə,
Üzümə bir nəzər belə salmadı.

Yenə də gecikdi bu bahar mənə.
Buz tutmuş qəlbimin donun açmadı.
Bu da belə gəlib, belə gedəcək.
Gələn baharasa ümid qalmadı.

Nahidə  Tağıyeva
www.kafiye.net