Ay da məndən gizlənib,,

Bu gecə kövrəkdir ay da nədənsə,
O da simasını gizlədir məndən.
Çəkibdir üzünə buluddan pərdə,
Kimdən inciyibdir bu ay görəsən.

Üzüb dalğasında dənizin hərdən,
Birdən gözə dəyib birdən yox olur.
Vallah inciyibdir bu ay da məndən,
Onun çün üzünü göstərməz olur

Köpüklü dalğalar atıb-tuturlar,
Dənizdə görsənən ayın əksini.
Buludlar tərpənib çox qısqanırlar,
Məndən gizləyirlər onun rəsmini.

Onun da dönübdür bu gecə üzü,
Ay da simasını məndən gizlədib.
Doludur deyəsən onun da gözü,
Ondandır üzünü belə gizlədib.

Nahidə  Tağıyeva
www.kafiye.net