Kiminsə Bağına

Kiminsə bağına ya bostanına
Daş atmaq istəməm o mənlik deyil.
Qəlbimdən gələni deyib yazaram,
Çəkinmək ya qorxmaq adətim seyil.

İncisəmdə acı sözdən, kəlmədən.
Üzülərəm ,kimsəyə söz demədən.
Qəlbim ağlasada gülüb ürəkdən,
Sağol da deyərəm çıxıb getmədən.

Mənim öz sözüm ,var öz dəsti-xəttim.
Kiminsə malına gözüm tikmərəm.
Çəkərəm əzabı .həm əziyyəti
Haram tikə ələ alıb yemərəm.

Kimsə bilməz, burda kiməm nəçiyəm.
Bir şahmı .bir xanmı, ya dilənçiyəm
Mən hardan gəlmişəm, nə deyəsiyəm,
Mənim öz yolum var yazıb gedərəm.

Nahidə Tağıyeva
www.kafiye.net