DÖNƏCƏKSƏN..

Hara getsən get əzizim
Axır yenə gələcəksən.
Məndən ayrı gülməz üzün
Yenə mənə dönəcəksən.
*
Şirəyə batmasın dişin
Bilmək olmur tale işin
Gəzdirsən də üçün,beşin
Yenə mənə dönəcəksən..
*
Pozdun əhdi,pozdun andı
Bu dünya bir imtahandı
Görsən halın pərişandı
Yenə mənə dönəcəksən..
*
Gəzsən də dağı,aranı
Seç barı ağı,qaranı
Əğyar qoparsa yaranı
Yenə mənə dönəcəksən..
*
İncitsə də səni dilim
Bir gün yaxın gəlsə ölüm
İnanıram buna gülüm
Yenə mənə dönəcəksən..
*
Qapın çırpılsa üzünə
Rişğənd etsələr sözünə
O zaman sən öz-özünə
Yenə mənə dönəcəksən..
*
Ağır otur,ağır dolan
Ömrün,günün oldu yalan
Mənəm elə sənə qalan
Yenə mənə dönəcəksən..

Nazlı Hacılı
www.kafiye.net