LƏBBEYK

Əfv et ,Qadir Allah, günahlarımı,
Lütfi-kərəminə ” ləbbeyk” deyirəm.
Xeyir də səndəndir , şər də səndəndir,
Xeyrinə-şərinə “ləbbeyk” deyirəm.

Səndən gələn bəla bayramdır mənə,
Fərmani-əmrinə” ləbbeyk” deyirəm.
Nurun da əzizdir, lap zülmətin də,
Əsrari-sirrinə “ləbbeyk” deyirəm.

Qəlbimdir o qiblə, o Kəbə evi,
Burdakı isminə “ləbbeyk” deyirəm.
Hər gün o Kəbənin təvafındayam,
Cəzbinə, sehrinə “ləbbeyk” deyirəm.

Təqva qapısıdır ,iman çırağı,
Qəlbdəki təxtinə “ləbbeyk” deyirəm.
Əbədi eşqində simurqam ,Allah!
Pozulmaz əhdinə” ləbbeyk” deyirəm.

Sənə qovuşmaqdır ulu niyyətim,
Bu haqlı hicrinə “ləbbeyk” deyirəm.
Sən mənə özümdən mehribanımsan,
Adəmə mehrinə” ləbbeyk” deyirəm.
Əzəli-Azirət pasibanımsan,
Ya Əhəd! Rəhminə” ləbbeyk” deyirəm .

Tamara Rustamova Tənha Bulud 2007-ci il
www.kafiye.net